Hindistanda dəhşətli hadisə: Bəbir anaya hücum edib, qucağından körpəni dartıb alıb və gözdən itib

Hindistanda dəhşətli hadisə: Bəbir anaya hücum edib, qucağından körpəni dartıb alıb və gözdən itib






presstv

"Presstv"az #Ailə, #Hadisə, #Hindistan, #Meşə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistanın Uttarakhand ştatında dəhşətli hadisə baş verib.

presstvaz xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Məlumata görə, Mana Kabhra kəndində açıq havada tualetə gedən qadına və onun uşağına bəbir hücum edib. Yırtıcı oğlan uşağını anasının qucağından dartıb almağa müvəffəq olub və dərədə gözdən itib.

Uşaq sonradan boynunda dərin yaralarla aşkarlansa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hindistan Meşə Təsərrüfatı İdarəsi hadisəyə dərhal reaksiya verib. Ölən uşağın ailəsinə təzminat ödənilməsi üçün prosedurlara başlanılıb. Bundan əlavə, səlahiyyətlilər bəbir hücumunun baş verdiyi ərazidə patrul xidmətlərinin gücləndirildiyini açıqlayıblar. Məmurlar təhlükəli yırtıcının tutulması üçün artıq ərazidə üç tələ qurulduğunu bildiriblər.

Qeyd edək ki, statistika həyəcanverici tendensiyanı göstərir: Hindistanda vəhşi heyvanların insanlara hücumlarının sayı son iki onillikdə əhəmiyyətli dərəcədə artıb. Əgər 20 il əvvəl ildə 55-60 belə hadisə qeydə alınırdısa, hazırda bu rəqəm 250-300-ə çatır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv