Pensiya ilə bağlı vacib xəbər – bu yaşdan…

Pensiya ilə bağlı vacib xəbər – bu yaşdan…






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Əmək pensiyaları haqqında, #Hadisə, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında ataların da rolu danılmazdır.

Ona görə də imtiyazın ailədə yalnız anaya şamil edilməsi maraq doğurur.

Nəzərə alaq ki, son illərdə çoxuşaqlı ailələrin sayı sürətlə azalır. Belə bir məqamda ailə institutununböyüdülməsi üçün yeni təşviq alətlərindən istifadə vacibdir. Belə alətlərdən biri də erkən pensiya hüququnun atalara da şamil edilməsidir.

Bəs çoxuşaqlı ataların daha tez pensiyaya çıxması gözlənilirmi?

presstvaz xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən bir sıra hallarda ataların da daha tez pensiyaya çıxmaq hüququ var:

"Nəzərə alsaq ki, "Əmək pensiyaları haqqında" qanuna bu istiqamətdə dəyişikliklər edildi. Həmin dəyişikliklərdən biri də ataların bu hüquqlardan istifadəsi halları ilə bağlıdır. Əgər uşaqların böyüdülməsi və tərbiyəsi ata tərəfindən həyata keçirilibsə, o halda ata daha tez pensiyaya çıxmaq hüququna malikdir.

Nəzərə alaq ki, ailələrdə uşaqların tərbiyəsi ilə əsasən analar məşğul olur. Uşaqların böyüdülməsi ilə bağlı zəhmət anaların üzərinə düşür. Ona görə də bu hüquq birinci olaraq analara tanınıb. Lakin uşaqların böyüdülməsi və tərbiyə edilməsi bütövlükdə ata tərəfindən həyata keçirilibsə təbii ki, bu halda həmin hüquq atalara da şamil oluna bilər".

Millət vəkili Arzuxan Əlizadə isə vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə görə, yalnız 5 uşağı olan analar pensiyaya 5 il tez çıxa bilirlər:

"Kişilər üçün bu qayda nəzərdə tutulmayıb. Amma qanunvericilikdə müəyyən istisnalar var. Beləki, əgər ailədə ana olmazsa və uşaqların böyüdülməsi, tərbiyə edilməsi yükü atanın üzərinə düşərsə, bu hüquq ataya da şamil edilə bilər. Bu nadir rast gəlinə biləcək hadisədir. Bəlkə də yoxdur. Ona görə də bu hüquqdan ancaq çoxuşaqlı analar faydalana bilər".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv