İşarət dili yalnız dörd televiziya kanalına tətbiq ediləcək

İşarət dili yalnız dörd televiziya kanalına tətbiq ediləcək






presstv

"Presstv"az #Audi, #Audiovizual Şura, #Azərbaycan, #İdman, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilən 12.1-ci maddəyə əsasən televiziyalarda işarət dilinin tətbiqi yalnız dövlət büdcəsi hesabına maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları üçün nəzərdə tutulub”.

presstvaz xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

O qeyd edib ki, bu kateqoriyaya “Azərbaycan Televiziya və Radio Verilişləri QSC”nin üç redaksiyası: AzTV, “İdman TV” və “Mədəniyyət TV”, həmçinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İTV redaksiyası aiddir:

“Bu əlavə, praym-taym zamanı – həftəiçi saat 19:00-23:00, həftəsonu və qeyri-iş günləri saat 17:00-23:00 aralığında – təqdim edilən informasiya proqramlarını – xəbər buraxılışlarını əhatə edir və digər janrda olan proqramlara şamil edilmir. Qeyd olunan yayımçıların prosesə başlaması üçün, təbii ki, müvafiq vaxt aralığı tələb olunur. Bu istiqamətdə Şura yaxın vaxtlarda yayımçılarla görüşlərin təşkili, onların hazırlıq vəziyyətlərinin öyrənilməsini planlaşdırır. Həmin görüşlərdən sonra konkret başlama vaxtını müəyyən etmək mümkün olacaq. Düşünürük ki, surdotərcümənin qısa zamanda tətbiq edilməsi mümkündür”.

O bildirib ki, öhdəliyi olan yayımçıların mütəmadi monitorinqləri də Şura tərəfindən aparılacaq. Sanksiya və cəza tədbirləri ilə bağlı konkret qanunvericiliyin tələbləri müəyyən edilməsə də, Şura nəzarət mexanizmini müntəzəm icra edəcək:

“Özəl yayımçıların qanundakı son dəyişikliklərlə bağlı konkret öhdəliyi yoxdur. Amma onların bu prosesə cəlb olunması arzuolunandır. Şura həmin yayımçıların təşviq edilməsi, məlumatlandırılması istiqamətində maarifləndirici tədbirlər də nəzərdə tutur. İşarət dilinin tərcüməsini müvafiq təhsil və ixtisasa malik şəxslər həyata keçirirlər. Surdotərcüməçilərin kriteriyalarının müəyyən edilməsi, işə qəbul edilməsi məsələsində Şuranın hər hansısa bir rolu yoxdur. Bununla bağlı proses şəxs və televiziya kanalı arasında işçi – işə götürən münasibətləri çərçivəsində həll ediləcək və bütün öhdəlik yayımçılara məxsus olacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv