Ev pişiklərinin mənşəyi açıqlandı

Ev pişiklərinin mənşəyi açıqlandı






presstv

"Presstv"az #Gəmi, #Hadisə, #Misir, #Neolit dövrü, #Pişiklər, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paleogenetika və zooarxeologiya sahəsində aparılan yeni tədqiqatlar ev pişiklərinin mənşəyi və təkamülünə işıq salıb.

presstvaz “RİA Novosti”yə istinadən xəbər verir ki, əvvəllər pişiklərin gəmiriciləri məhv etmək üçün insanlara yaxınlaşdığı güman edilirdi. Lakin son kəşflər bu nəzəriyyəni şübhə altına alır.

Paleogenetika üzrə mütəxəssis Marko de Martino və həmkarları müasir ev pişiklərinin əvvəllər fərz edildiyi kimi Yaxın Şərqdən deyil, Şimali Afrikada yaşayan populyasiyalardan törədiyi qənaətinə gəliblər. Bu hadisə Neolit dövründən bir neçə min il sonra, insanların oturaq həyat tərzi keçirməyə və əkinçiliklə məşğul olmağa başladığı dövrdə baş verib.

Zooarxeoloq Şon Doerti və komandası pişiklərin dünyaya yayılmasında qədim Misirin dini ayinlərinin mühüm rol oynadığı hipotezini irəli sürüblər. Misirdə tapılan ən qədim ev pişiyinin qalıqları təxminən e.ə. 500-cü ilə aid edilir. Təxminən üç min il əvvəl qədim misirlilər pişikləri kütləvi şəkildə mumiyalamağa başlayıblar.

Maraqlıdır ki, qədim Misirdə pişiklər müqəddəs heyvanlar hesab olunur və ev ocağının, qadın gözəlliyinin və məhsuldarlığın himayədarı olan Bastet ilahəsi ilə əlaqələndirilirdi.

Beləliklə, müasir tədqiqatlar bütün ev pişiklərinin qədim Misirdəki heyvanların nəslindən ola biləcəyini göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv