ABŞ-də P.Diddinin məhkəməsi başlayır: Reper özünü təqsirsiz hesab edir

ABŞ-də P.Diddinin məhkəməsi başlayır: Reper özünü təqsirsiz hesab edir






presstv

"Presstv"az #ABŞ, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Nyu-York şəhərində məşhur reper Şon Kombs (P.Diddi) barəsində insan alveri və cinsi istismar ittihamları ilə bağlı məhkəmə prosesi başlayıb.

presstvaz xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, P.Diddinin işi üzrə andlılar heyətinin seçimi start götürüb.

Prokurorluğun versiyasına əsasən, Kombs illərlə qadınlara və ətrafındakı şəxslərə qarşı təhdid, zorakılıq və təzyiqlər göstərib.

Nəşr qeyd edir ki, 2023-cü ilin sentyabrından bəri həbsdə olan P.Diddi özünü günahkar saymır. Məhkəmə prosesinin azı səkkiz həftə davam edəcəyi gözlənilir. Əgər P.Diddi təqsirli bilinərsə, onu onillərlə həbs cəzası gözləyir.

İttihama əsasən, Kombs qanunsuz fəaliyyətlə məşğul olan cinayətkar qrup yaradıb. Onun bu şəbəkədəki tərəfdaşları insan alverindən tutmuş adam oğurluğuna qədər bir sıra cinayət əməlləri törədiblər.

Prokurorluq bildirir ki, reper nüfuzundan qurbanları qorxutmaq və onları bu fəaliyyətə cəlb etmək üçün istifadə edib – onlara ya karyera vədləri verilib, ya da şantajla təzyiq göstərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv