Kainatın tarixi yenidən yazıla bilər: Yeni qalaktikalar aşkar edildi

Kainatın tarixi yenidən yazıla bilər: Yeni qalaktikalar aşkar edildi






presstv

"Presstv"az #Araşdırma, #Günəş, #Qalaktika

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ceyms Uebb” kosmik teleskopu elm dünyasını inqilabi kəşflərlə heyrətləndirməyə davam edir. Astronomlar Böyük Partlayışdan cəmi 500 milyon il sonra mövcud olmuş üç qeyri-adi qalaktika aşkar ediblər ki, bu da erkən kainatın formalaşması haqqında mövcud anlayışları şübhə altına alır.

presstvaz xəbər verir ki, “Nature” jurnalında dərc edilən araşdırmaya görə, standart kosmoloji modelə əsasən, 13.8 milyard il əvvəl baş vermiş Böyük Partlayışdan sonra ilk qalaktikalar tədricən formalaşmalı idi. Lakin aşkar edilən “qırmızı nəhənglər” bu nəzəriyyəyə ziddir. Bu qalaktikalar nəinki çox erkən dövrdə mövcud olublar, həm də bizim Süd Yolu qalaktikamıza yaxın – təxminən 1 trilyon Günəş kütləsi qədər kütləyə malikdirlər.

Bu qalaktikalar yüksək kosmik toz miqdarına görə xarakterik qırmızı rəngə malikdirlər. Bu fakt özü də sirli hesab olunur, çünki erkən Kainatda bu qədər tozun yaranması üçün kifayət qədər vaxt keçməli idi.

Araşdırma göstərib ki, bu qalaktikalarda qazın təxminən yarısı artıq ulduzlara çevrilib. Bu göstərici digər qalaktikaların ulduz yaratma effektivliyindən iki dəfə çoxdur.

Qeyd olunur ki, bu qalaktikalardan gələn işıq Yerə çatmaq üçün 13 milyard ildən çox məsafə qət edib. Onların gələcək taleyi isə hələlik sirr olaraq qalır. Alimlərin fikrincə, bu üç qalaktika yalnız “aysberqin görünən hissəsi” ola bilər.

“Qırmızı nəhənglər”in kəşfi astrofiziklər qarşısında yeni suallar yaradır və mövcud kosmoloji nəzəriyyələrin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. “Ceyms Uebb” teleskopu öz missiyasını davam etdirir və alimlər ümid edirlər ki, növbəti müşahidələr bu kosmik sirri açmağa kömək edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv