Emin Mahmudov Kazbek Tuayevə çatıb

Emin Mahmudov Kazbek Tuayevə çatıb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Emin Mahmudov, #Futbol, #Neftçi, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

33 yaşlı yarımmüdafiəçi Emin Mahmudov “Neftçi” klubunda 60-cı qolunu vuraraq Kazbek Tuayevin göstəricisini təkrarlayıb.

presstvaz xəbər verir ki, Emin Mahmudovun yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib. O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.

Emin “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan Kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.

Mahmudov “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.

Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqləniblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv