İki yaşlı Məhəmmədin həyatda qalması üçün sizin dəstəyinizə ehtiyacı var

İki yaşlı Məhəmmədin həyatda qalması üçün sizin dəstəyinizə ehtiyacı var






presstv

"Presstv"az #Ailə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İki yaşlı Məhəmmədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-a onun anası Lalə Əliyeva məlumat verib.

O bildirib ki, övladı hidrosefaliya xəstəliyindən əziyyət çəkir:

“Məhəmmədin iki yaşı var. O, anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Bildiyimiz ilk gündən müalicələrini etdirsək də, qarşısını almağı bacarmadıq. Onun vəziyyəti gündən-günə ağırlaşırdı. Biz məcbur Türkiyəyə gedib, orada əməliyyat olunduq. Əməliyyata təxminən 15 min manatdan çox xərcimiz çıxdı. Xəstəxanaya yaranan borclarımızı sizin saytın izləyicilərinin dəstəyi ilə ödəyib, ölkəmizə qayıda bildik”.

Gənc ana ölkəyə qayıtdıqdan sonra da dəstəyə ehtiyacları olduğunu deyib:

“Bizim ailədə tək yoldaşım işləyir. Məhəmmədin iki ildir müalicələrini edə bilirik. Amma əməliyyat və əməliyyatöncəsi müalicə üçün əlimizdə heç bir məbləğimiz yox idi. Buna görə də həmin məbləğin 10 min manatını borc alıb, digər beş min manatını isə anam və mən qızıllarımızı satıb toplaya bilmişik. İnanın, hazırda müalicələri davam etdirmək üçün imkanımız yoxdur. Dərmanlarını almaq üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 300-47-58.

Beynəlxalq Bank: 5522 0993 6744 0641.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv