Azərbaycan-Belarus sənədləri imzalanıb

Azərbaycan-Belarus sənədləri imzalanıb






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Belarus, #Əli Əsədov, #Heydər Əliyev, #Samir Şərifov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və Belarus baş nazirləri arasında geniştərkibli görüş başa çatıb.

presstvaz   APA-ya istinadən xəbər verir ki, Azərbaycan-Belarus sənədləri imzalanıb.

“Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında traktor avadanlıqlarının tədarükü sahəsində əməkdaşlığın inkişafına dair Memorandum”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair 2025-2027-ci illər üçün Tədbirlər Planı”, “Azərbaycan Respublikasının Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə Belarus Respublikasının “Milli Elektron Xidmətlər Mərkəzi” Respublika Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası və Belarus Respublikasının müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2025-2026-cı illər üçün Tədbirlər Planı” imzalanıb.

Azərbaycan və Belarus baş nazirləri arasında geniştərkibli görüş keçirilir.

presstvaz APA-ya istinadən xəbər verir ki, Əli Əsədov və Aleksandr Turçinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq.

13:22

Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş keçirilir.

presstvaz bu barədə APA-ya istinadən xəbər verir.

12:28

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

09:45

Belarusun Baş naziri Aleksandr Turçin rəsmi səfərlə Azərbaycana gəlir.

presstvaz-ın xəbərinə görə, bu barədə “BELTA” nəşri məlumat verib.

Məlumata görə, səfər zamanı Aleksandr Turçin ilə respublika rəhbərliyi arasında görüş planlaşdırılır. Belarus hökumətinin başçısı, həmçinin Belarus-Azərbaycan biznes forumunda da iştirak edəcək və forumun yekununda bir sıra müqavilələrin imzalanması nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv