Avropa avtomobil sənayesində böhran: Mənfəət azalır, zavodlar dayanır

Avropa avtomobil sənayesində böhran: Mənfəət azalır, zavodlar dayanır






presstv

"Presstv"az #Audi, #Avropa, #Avto, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa avtomobil sənayesi son onilliklərin ən ciddi böhranlarından birini yaşayır.

presstvaz “İzvestiya”ya istinadən xəbər verir ki, regionun aparıcı avtomobil konsernləri mənfəətin kəskin azalmasını bəyan edir, kütləvi şəkildə işçi qüvvəsini azaldır və müəssisələri bağlayırlar.

Bunun əsas səbəbləri enerji qiymətlərində kəskin artım, Çin elektromobil istehsalçılarının təzyiqi, başlıca ixrac bazarı olan Çində tələbatın azalması, Avropanın elektromobil istehsalı və satışında asiyalı rəqiblərindən geri qalması, eləcə də strategiyadakı səhvlərdir.

Ötən il BMW 37%, “Volkswagen” 33%, “Mercedes-Benz” 40.5% gəlir azalması nümayiş etdirib. “Volkswagen”in son 5 ildə bazar kapitallaşması demək olar ki, üçdə bir azalıb. “Volkswagen Group”un tərkibinə daxil olan “Audi” 2029-cu ilə qədər 7 500 işçinin ixtisarını planlaşdırır.

2024-cü ildə Avropa bazarında elektromobillərin payı 13.6%-ə enib (əvvəlki ildə 14.6%). Çində isə elektromobillərin bütün satışlarda payı artıq 35%-ə çatıb və bu trend davamlı şəkildə artır.

Avropa brendləri ənənəvi modellərin qiymətlərini artırmaqla itkiləri kompensasiya etməyə çalışırlar, lakin bu yalnız alıcı itkisinin artmasına səbəb olur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv