Əhməd Əl Şaraa Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Əhməd Əl Şaraa Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Dəməşq, #Humanitar yardım, #İlham Əliyev, #Münaqişə, #Samir Şərifov, #Suriya, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriya Ərəb Respublikasında səfərdə olub.

presstvaz    xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb.

Səfər çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan nümayəndə heyətini qəbul edib.

Prezident Əhməd Əl Şaraa cari ilin aprel ayında Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlayaraq, bu missiyanın qısa müddətdə təşkilinə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib. O, həmçinin Azərbaycanın və Suriyanın oxşar proseslərdən keçdiyini, Azərbaycanın əz ərazi bütövlüyünü bərpa etdiyi kimi Suriyanın da münaqişədən sonra bərpa dövrünə qədəm qoyduğunu qeyd edib. Bu xüsusda o, Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri ilə bağlı təcrübəsinin Suriyada tətbiqinin faydalı olacağını diqqətə çatdırıb.

Suriya lideri cari ilin yanvarında Suriya xalqına göndərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.

S.Şərifov Prezident İlham Əliyevin suriyalı həmkarını Azərbaycana dəvətini ehtiva edən məktubu Suriyanın dövlət başçısına təqdim edib.

Baş nazirin müavini Azərbaycan Hökumətinin Suriyanın yeni administrasiyasına siyasi dəstəyini bir daha ifadə edərək, bu dəstəyin əyani göstəricisi kimi Azərbaycanın öz rəsmi nümayəndə heyətini Dəməşqə hələ ötən ilin dekabrında ezam etdiyini və ölkəmizin 12 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etdiyini vurğulayıb.

Tərəflər görüş zamanı, həmçinin Suriyanın qədəm qoyduğu bərpa və yenidənqurma prosesinə Azərbaycan Respublikasının mümkün dəstəyinin istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin, həmçinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani, iqtisadiyyat və sənaye naziri Nidal Əş-Şaar, energetika naziri Məhəmməd Əl-Bəşir, mədəniyyət naziri Muhammad Yasin Saleh, təhsil naziri Muhammad Absurrah Rahman Turkuo ilə də görüşləri olub. Görüşlərdə aidiyyəti istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılıb və bu istiqamətlər üzrə konkret planlar müəyyənləşdirilib.

16:41

Azərbaycan Respublikası baş nazirinin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.

presstvaz “SANA” agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar ilə görüş keçirib.

Eyni zamanda, Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrünün Prezidenti Əhməd Əl Şaraa tərəfindən qəbul ediliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv