Yaşayış zonalarında parklanma çətinliyi: Optimal həll nədir?

Yaşayış zonalarında parklanma çətinliyi: Optimal həll nədir?






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Bələdiyyə, #Nəqliyyat, #Yasamal Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yasamal rayonu ərazisində bir neçə ünvanda eyni mənzərə müşahidə olunur: avtomobil sayı çox, lakin parklama yeri azdır. Xüsusilə çoxmərtəbəli binaların həyətlərində park etmə mədəniyyətinin olmaması uşaqlar üçün nəzərdə tutulan oyun meydançalarının və istirahət zonalarının daralmasına, bəzən isə avtomobillərə zərər dəyməsinə səbəb olur.

Əsas problemlərdən biri də parklama yerlərinin çatışmazlığı və mövcud qarajların yüksək qiymətlərlə təklif olunmasıdır. Sakinlər məcbur qalıb avtomobillərini binanın qarşısında, uşaq meydançalarının yanında, hətta giriş-çıxış yollarında saxlayırlar.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirir ki, bina tikintisi zamanı qaraj yerlərinin nəzərdə tutulması mütləq olmalıdır:

“Əgər bina inşa edilirsə, onun altında və ya yaxınlığında qaraj tikilməlidir ki, sakinlər ətraf əraziləri parklanma üçün zəbt etməsinlər. Bu, tikinti şirkətlərinə müvafiq qurumlar tərəfindən bir öhdəlik kimi qoyulmalıdır”.

Ekspertin fikrincə, problemin həlli yalnız cərimələrlə deyil, şəhərsalma strategiyasına uzunmüddətli və davamlı yanaşma ilə mümkündür. O, ərazi üzrə bələdiyyələrin bu məsələyə təcili müdaxilə etməsinin vacibliyini vurğulayıb.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv