II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Leyla Əliyeva

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri və bəstəkar Eldar Həsənovun musiqisi əsasında hazırlanmış əsərləri ifa edib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzində baş tutub. Konsertdə şeirlərin müəllifi Leyla Əliyeva iştirak edib.

Vokal əsərləri balet artistlərinin iştirakı ilə xoreoqrafik nömrələrlə müşayiət olunub. Konsertdə “Səni niyə belə sevirəm”, “Bir söz söylə”, “Payız”, “Yay gecəsində”, “Arzu”, “Sehrli qala” şeirləri və müəllifin digər əsərləri əsasında romanslar səsləndirilib.

Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı aprelin 23-dən 29-dək Bakıda keçirilir. Yeddi gün ərzində paytaxtın müxtəlif məkanlarında tanınmış azərbaycanlı və xarici ifaçıların, gənc opera müğənnilərinin, eləcə də 6-16 yaş arası istedadların iştirakı ilə konsertlər təşkil olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv