Sentyabrdan məktəblərdə kağız jurnallardan istifadə dayandırıla bilər

Sentyabrdan məktəblərdə kağız jurnallardan istifadə dayandırıla bilər






presstv

"Presstv"az #Bakı, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hazırda ilkin olaraq Bakı şəhəri üzrə təxminən 350-yə yaxın təhsil müəssisəsində rəqəmsal məktəb platforması tətbiq edilir”.

presstvaz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.

O bildirib ki, layihəyə pilot rejimində Bakı şəhərində başlanılsa da, sentyabr ayından region məktəblərində də tətbiq edilməsi hədəflənib.

“Bunu tətbiq etmək üçün təhsil müəssisələrində müvafiq infrastrukturun olması labüddür, çünki platforma onlayn rejimdə fəaliyyət göstərir”, – deyə o qeyd edir.

F.Nəcəfova deyib ki, rəqəmsallaşmanın məqsədi kağız vasitələrindən istifadənin azaldılması və şəffaflığın artırılmasıdır:

“Rəqəmsallaşma kağız jurnalların ləğvinə gətirib çıxaracaq. Hazırda 426 təhsil müəssisəsində elektron jurnal tətbiq edilir. Əgər rəqəmsal məktəb platforması pilot dövrünü uğurla başa çatdırarsa, planlaşdırılır ki, sentyabrdan kağız jurnallar tamamilə ləğv edilsin”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv