Zaqatalada doğuş zamanı körpə öldü – TƏFƏRRÜAT

Zaqatalada doğuş zamanı körpə öldü – TƏFƏRRÜAT






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Araşdırma aparılır., #Hadisə, #Həkim, #Körpə, #YouTube, #Zaqatala Rayon Mərkəzi Xəstəxanası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Zaqatalada doğuş zamanı körpə ölümü ilə bağlı bəzi detallar məlum olub.

Günel Əliyevanın bacısı bildirib ki, səhər saatlarında onun qardaşına zəng olunub.

“Zəng gəldi ki, uşaq ölü doğulub. Sağlam uşaq idi, dünən tərpənən uşaq necə ola bilər bu gün ölü doğula bilər? Biz narazıyıq, həkimlər də bizə hədə-qorxu gəlirlər. Uşaq həkimi deyir ki, istəmirdinizsə gətirməzdiniz”.

Ətraflı Baku TV-nin süjetində:

20 aprel, 14:13

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

presstvaz APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) baş verib.

Rayonun Muxax kənd sakini 33 yaşlı Günel Kamil qızı Əliyeva bu gün səhər saat 8 radələrində doğuş sancıları ilə Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. Onun ailə üzvlərinin verdiyi məlumata görə, G.Əliyeva xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.

Zaqatala RMX-nın mama ginekoloqları Rəna Sultanova və Mehriban Hüseynova tərəfindən qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olması bərədə məlumat verilib.

Yeni doğulan körpənin ölümünün dəqiq səbəbini öyrənmək məqsədilə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv