“Qara siyahı”da olanların NƏZƏRİNƏ – Banklar sizə pul verəcək






presstv

"Presstv"az #Azərbaycan, #Hərrac, #Problemli kredit

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir sıra vətəndaşlar banklardan kredit götürən zaman çətinlik çəkirlər. Bəzən şərtlər tam ödənilsə belə, bu, mümkün olmur. Paralel olaraq, bankların "qara siyahı"sına düşənlər də narazılıq edir.

Kimlər bankdan kredit ala bilməz? "Qara siyahı"ya necə düşürük?

presstvaz xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, mövcud qanunvericiliyə görə, hər kəs bankdan kredit götürə bilər:

"Hətta "qara siyahı"da olanlar da bura daxildir. Kimsə əvvəl vəsaitləri qaytaranda problem yaşayıbsa, bu, Azərbaycan Kredit Bürosunun tarixçəsində əks olunur. Beləliklə, bank şəxsə pul vermək istəyəndə həmin hesabatı nəzərdən keçirir. Lakin borclarla bağlı problemlərin olması, o demək deyil ki, vətəndaşa kredit verilə bilməz. Sadəcə bank ehtiyat edir".

İqtisadçı bildirib ki, müvafiq tarixçəsi pis olanların belə, banka yaxşı girov qoymaqla kredit alması mümkündür:

"Məsələn, sabah borcu qaytara bilməsə, əmlakı məhkəmə yolu ilə hərraca çıxarılacaq. Nəticədə bank əmlakı sataraq pulunu götürəcək. Eyni zamanda yaxşı maaşı olan biri zamin dursa, şəxs kredit götürə bilər. "Qara siyahı"da olmadığı halda, kredit götürə bilməyənlərin məsələsinə gəldikdə, burada banklar risklərini ölçürlər. Seçim edilməsə, problemli kreditlərin artması ehtimalı yüksəkdir. Borc qaytarılmadıqda bank da öhdəliklərini yerinə yetirə bilmir. Banklar əsasən müştərilərdən yığdığı pullar hesabına kredit verir. Borc qaytarılmadıqda bu, mümkünsüz olur".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv