"iPhone" istifadəçilərinə XƏBƏRDARLIQ: Təcili olaraq…






presstv

"Presstv"az #Apple, #Audi, #iPhone

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Apple" ciddi təhlükəsizlik problemlərinin həllinə yönəlmiş "iOS 18.4.1" və "macOS Sequoia 15.4.1" yeniləmələrinin buraxıldığını elan etdi.
 
presstvaz xəbər verir ki, bu barədə "MacRumors" portalı məlumat verib.
 
"Apple" aşkar edilmiş boşluqların konkret istifadəçiləri hədəf alan son dərəcə mürəkkəb hücumda istifadə oluna biləcəyini vurğulayıb və hər kəsi qadcetlərindəki proqram təminatını yeniləməyə çağırıb.
 
"CoreAudio"da aşkar edilmiş boşluqlardan biri dələduzlara zərərli audio faylları vasitəsilə viruslu kodu işə salmağa imkan verib. Bu cür təhlükələrin qarşısını almaq üçün "Apple" təkmilləşdirilmiş sərhəd yoxlama üsullarını tətbiq etməklə yaddaşın qorunmasını gücləndirib.
 
İkinci problem, dələduzların yaddaşa daxil olmasına imkan verən göstəricinin autentifikasiyasından yayınma ilə bağlı idi. Bu cür hücumların qarşısını almaq üçün şirkət həssas kodu silib.
 
Proqram təminatının yeniləmələri artıq yükləmək mümkündür və "Apple" istifadəçi məlumatlarının maksimum qorunmasını təmin etmək üçün onları dərhal quraşdırmağı tövsiyə edir.
 
"iOS 18.4.1" yeniləməsi "iPhone XS", "iPhone 11", "iPhone SE 2020" və sonrakı modellər üçün əlçatandır./moderator.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv