Onlara heç minimum pensiya da verilməyəcək, əvəzində isə…






presstv

"Presstv"az #Azərbaycan, #Əmək pensiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda 2006-cı ildən sonra pensiya almaq üçün iki əsas şərt lazımdır. Bunlardan biri minimum əmək stajı (hazırda 25 il civarında), digəri məcburi dövlət sosial sığorta haqlarının ödənməsidir. Yəni vətəndaş rəsmi şəkildə işləməli və maaşından sosial sığorta tutulmalıdır ki, gələcəkdə pensiya kapitalı formalaşsın. Bəzi vətəndaşların işlədikləri dövrdə rəsmi qeydiyyat və sığorta ödənişi yoxdur.

Belə olan halda onlar pensiya hüququndan məhrum olurlar?

presstvaz xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, pensiya ilə bağlı 2006-cı ildən sonrakı qərarlarda müəyyən müsbət hallar olsa da, neqativlər də müşahidə edildi:

"Əksər Azərbaycan vətəndaşlarının əmək fəaliyyəti rəsmiləşdirildi və ondan müvafiq sosial tutulmalar həyata keçirildi. Lakin qanunvericiliyin müəyyən etdiyi pensiya kapitalı lazımi miqdarda yığılmırsa, vətəndaş yaşa görə müavinət alır. Artıq pensiya yaşı çatdıqda düsturlar buna uyğun hesablanır".

İqtisadçı bildirib ki, Azərbaycanda heç kim pensiya almaq hüququndan məhrum deyil:

"Qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatan şəxs işləməsə belə, minimum məbləğdə təqaüd alır".

Qeyd edək ki, Azərbaycanda 2025-ci il fevralın 1-dən pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği 320 manatdır.

Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64 yaşına çatmış qadınlara isə aylıq 220 manat yaşa görə müavinət verilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv