Günəbaxan yağı BAHALAŞIR – Qiymətlər REKORD VURDU






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Avropa, #Bakı, #Dollar, #Qiymət artımı, #Unun qiyməti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin mart ayında günəbaxan yağının Avropa bazarında 1 tonunun qiyməti əvvəlki ayla müqayisədə 0.7% artaraq 1220 ABŞ dollarından 1228 ABŞ dollarına yüksəlib.

presstvaz xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin dərc etdiyi yeni konyunktur hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, son bir il ərzində günəbaxan yağı bazarında qiymət dinamikası qeyri-müəyyən olub. 2024-cü ilin mart ayında 951 ABŞ dolları olan qiymət noyabrda pik həddə – 1267 dollaradək yüksəlib. Bu artımdan sonra isə qiymətlər nisbətən stabilləşərək 1200-1230 ABŞ dolları arasında dəyişib.

2022-2025-ci illər üzrə müqayisəli təhlillər göstərir ki, 2022-ci ildə günəbaxan yağının qiyməti 1651 ABŞ dolları ilə ən yüksək səviyyədə olub. 2023-cü ildə bu göstərici 1007 dollaradək enib. 2024-cü ilin ikinci yarısından başlayaraq qiymətlərdə tədricən artım müşahidə olunub. 2025-ci ilin birinci rübündə isə qiymət 1218 dollar səviyyəsində qərarlaşıb.

Bazar müşahidəçiləri bu qiymət artımını həm tədarük zəncirindəki qlobal dəyişikliklər, həm də regional istehsal və ixracat faktorları ilə əlaqələndirirlər. Bununla belə, tendensiyanın sabit və davamlı olub-olmayacağı növbəti ayların statistikası ilə aydınlaşacaq. (Bakıvaxtı.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv