Mədədə qıcqırma və zəncəfil: Nələri bilmək lazımdır?

Mədədə qıcqırma və zəncəfil: Nələri bilmək lazımdır?






presstv

"Presstv"az #Araşdırma, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Zəncəfil bəzən mədə yanmasına qarşı sürətli təsir edən vasitə kimi tövsiyə edilir, lakin onu digər qidalardan ayrı qəbul etmək turşu reflüksünü ağırlaşdıra bilər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə amerikalı terapevt Maykl Çiçak “WelnessPulse” nəşrinə danışıb.

Həkim izah edib ki, mədə yanması – sinədə yanma hissi, turş və ya acı gəyirmə ilə müşayiət oluna bilər, bu, bir çox insanlara tanışdır.

“Adətən bunun səbəbi turşu reflüksü və ya qastroezofageal reflüks xəstəliyi (GERX) olur. GERX zamanı mədədədki qalıqlar qida borusuna atılır, çünki aşağı qida borusu sfinkteri (normal halda qalıqları yalnız mədəyə “buraxan” bağlayıcı mexanizm) zəifləyir”.

Həkimlər GERX olan xəstələrə turş və yağlı qidaları, acılı yeməkləri, qəhvə, çay, qazlı içkiləri və şirniyyatları (xüsusilə şokoladı) həddindən artıq qəbul etməməyi tövsiyə edirlər. Doktor Çiçakın sözlərinə görə, “arzuolunmaz” qidaların siyahısına zəncəfil də daxil edilməlidir.

“Zəncəfil öz iltihabəleyhinə xüsusiyyətləri sayəsində mədə yanmasına qarşı effektiv vasitə hesab olunur. Buna baxmayaraq, araşdırmalar göstərir ki, bu məhsul aşağı qida borusu sfinkterini zəiflədir, bu da turşu reflüksünü ağırlaşdıra bilər”, – deyə mütəxəssis vurğulayıb.

Terapevt qeyd edib ki, GERX zamanı müəyyən qida qruplarından tamamilə imtina etmək vacib deyil, lakin zəncəfil qəbul edərkən ehtiyatlı olmaq lazımdır – onu digər qidalarla birlikdə yemək daha yaxşıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv