Gölə düşən təyyarədən möcüzəli xilas: Qanadda 12 saat həyat mübarizəsi

Gölə düşən təyyarədən möcüzəli xilas: Qanadda 12 saat həyat mübarizəsi






presstv

"Presstv"az #Alyaska, #Hadisə, #Mobil telefon, #Sosial şəbəkələr, #təyyarə, #Təyyarə qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alyaska ştatında pilot və iki uşaq yüngülmühərrikli təyyarənin gölə düşməsindən sonra möcüzəli şəkildə sağ qalmağı bacarıblar. Onlar qəzaya uğramış “Piper PA-12 Super Cruiser” təyyarəsinin qanadında təxminən 12 saat keçirərək, xilasetmə qrupu tərəfindən tapılana qədər yaşamaq üçün mübarizə aparıblar.

presstvaz “ABC News”ə istinadən xəbər verir ki, hadisə Alyaskanın Kenay yarımadasında yerləşən Tustumena gölü ərazisində baş verib.

Təyyarə radarlardan itdikdən sonra fəlakət siqnalı görünmədiyi üçün axtarış əməliyyatları çətinləşib. Lakin xilasetmə qrupuna kömək edən əsas amil qəza bölgəsində qeydə alınan mobil telefon siqnalı olub.

Maraqlıdır ki, növbəti gün pilot Terri Qodeser sosial şəbəkələrdə axtarış əməliyyatı haqqında məlumat aldıqdan sonra təyyarənin qalıqlarını görüb.

“Mən daha yaxına uçduğumda, qanadın üzərində oturan üç nəfəri gördüm. Onlar sağ idilər və mənə əl yelləyirdilər”, – deyə o bildirib.

Pilot dərhal xilasetmə qrupuna məlumat verib və zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Təyyarə qəzasının səbəbləri araşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv