Süni intellektlə mebel sənayesində inqilab

Süni intellektlə mebel sənayesində inqilab






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın aparıcı mebel istehsalçılarından biri olan “Gardashlar Mebel”, innovativ yanaşmaları ilə sektorda fərqlənməyə davam edir. Şirkət, süni intellekt (AI) texnologiyalarını həm istehsal proseslərinə, həm də müştəri xidmətlərinə inteqrasiya edərək, mebel sənayesində yeni bir dövr açır.

Şirkət süni intellekt texnologiyalarını istehsal proseslərinə və müştəri xidmətlərinə inteqrasiya edərək, mebel sənayesində yeni bir mərhələ açır. Artıq “Gardashlar Mebel”in rəsmi saytında istifadəçilər süni intellekt əsaslı “chatbot”la qarşılanacaqlar. Bu “chatbot” müştərilərə məhsullar, ünvan, vakansiyalar və digər suallar haqqında dərhal və dəqiq cavablar təqdim edəcək. Bu addım şirkətin müştəri məmnuniyyətini artırmaq və rəqəmsal transformasiyanı gücləndirmək strategiyasının bir hissəsidir. Süni intellekt təkcə müştəri xidməti ilə məhdudlaşmır. “Gardashlar Mebel” istehsal proseslərini daha səmərəli və effektiv hala gətirmək üçün AI texnologiyalarından istifadə edir. Proseslərin avtomatlaşdırılması, məlumatların operativ ötürülməsi və daxili idarəetmənin daha çevik olması üçün süni intellektdən geniş istifadə edilir. Bu yanaşma işin məhsuldarlığını artırmaqla yanaşı, keyfiyyət standartlarını da yüksəldir

Eyni zamanda, “Gardashlar Mebel”in müştəriləri sifarişlərini real vaxtda izləyə biləcəkləri online sifariş izləmə proqramından da istifadə edə bilərlər. Bu sistem müştərilərə tam şəffaflıq təqdim edərək, sifarişlərinin hansı mərhələdə olduğunu asanlıqla öyrənmək imkanı yaradır.

“Bizim üçün innovasiya həmişə prioritet olub. Süni intellektin tətbiqi ilə həm müştərilərimizə daha yaxşı xidmət göstəririk, həm də daxili proseslərimizi daha da təkmilləşdiririk. Məqsədimiz, “Gardashlar Mebel”i texnoloji inkişafın önündə saxlayaraq, sektorda yeni standartlar müəyyən etməkdir”, – deyə şirkətin rəhbəri Əli Mirzəyev bu yeniliklərlə bağlı fikirlərini bölüşüb.

“Gardashlar Mebel”in bu yenilikləri təkcə şirkət daxilində deyil, Azərbaycan iqtisadiyyatına da əhəmiyyətli töhfə verir. Süni intellekt texnologiyalarının tətbiqi sayəsində istehsal prosesləri optimallaşdırılır, yerli istehsal gücləndirilir və ölkədə texnoloji inkişaf sürətləndirilir. Bu addımlar yerli bazarda daha yüksəkkeyfiyyətli məhsulların təklif olunmasına və Azərbaycanın mebel sənayesinin beynəlxalq arenada rəqabət qabiliyyətinin artırılmasına imkan yaradır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv