Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”u məğlub etdi






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Azərbaycan, #Elvin Camalov, #Hakim, #Neftçi, #Premyer Liqası, #Şamaxı, #Samir Abasov, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Premyer Liqasının XXVII turun son matçında “Sumqayıt” “Turan Tovuz”u məğlub edib.

presstvaz bildirir ki, Tovuz şəhər stadionunda baş tutan görüş Sumqayıt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tovuz klubunun heyətində 8-ci dəqiqədə Ayxan Hüseynov fərqlənib. “Sumqayıt”ın qollarını Ayxan Süleymanlı (18) və Bobur Abdixolikov (64) vurub.

Bu nəticədən sonra “Sumqayıt” 28 xalla 7-ci yerdə qərarlaşıb. 43 xala malik “Turan Tovuz” isə dördüncüdür.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Şamaxı” (1:1), “Kəpəz” “Qarabağ” (0:0), “Sabah” isə “Zirə” (1:1) ilə heç-heçəyə razılaşıb. “Neftçi” “Səbail” üzərində qələbə qazanıb – 2:1.

18:12

Misli Premyer Liqasının XXVII turunda “Neftçi” “Səbail”i məğlub edib.

presstvaz xəbər verir ki, “ASCO Arena”da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin heyətində Filip Ozobiç (17) və “Elvin Camalov (29) fərqlənib. “Səbail”in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən “Neftçi” turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik “Səbail” isə sonuncu – 10-cudur.

Turun son matçı bu gün Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Şamaxı” (1:1) ilə, “Kəpəz” “Qarabağ”la (0:0), “Sabah” isə “Zirə” (1:1) ilə heç-heçəyə razılaşıb.

09:20

Misli Premyer Liqasının XXVII turuna bu gün iki oyunla yekun vurulacaq.

presstvaz xəbər verir ki, əvvəlcə “Səbail” “Neftçi” ilə üz-üzə gələcək.

“ASCO Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda “Neftçi” 28 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 18 xala malik “Səbail” isə sonuncu – 10-cudur.

Turun son matçı Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Tovuz təmsilçisi 43 xalla turnir cədvəlinin dördüncü pilləsindədir. 8-ci yerdə qərarlaşan Sumqayıt klubunun 25 xalı var.

Misli Premyer Liqası

III dövrə, XXVII tur

16 mart

16:00. “Səbail” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.

VAR: Rauf Allahverdiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

“ASCO Arena”

18:30. “Turan Tovuz” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.

VAR: Kamal Umudlu.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Şamaxı” ilə (1:1), “Kəpəz” “Qarabağ”la (0:0), “Sabah” isə “Zirə” ilə (1:1) heç-heçəyə razılaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv