Azərbaycan millisinə ilk dəfə dəvət olunan futbolçu: “Azarkeşlərimizi qələbə ilə sevindirərik”

Azərbaycan millisinə ilk dəfə dəvət olunan futbolçu: “Azarkeşlərimizi qələbə ilə sevindirərik”






presstv

"Presstv"az #Azərbaycan, #Futbol, #Neftçi, #Salyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Fernandu Santuşun məni milliyə dəvət etməsi qürurvericidir”.

Bunu presstvaz-a açıqlamasında “Neftçi” klubunun Azərbaycan millisinə ilk dəfə dəvət olunan futbolçusu Ağadadaş Salyanski deyib.

“Milli komandaya dəvət olunduğum üçün çox xoşbəxtəm. Bu, doğrudan da, çox fərqli hissdir. Hər bir azərbaycanlı üçün bayrağımızı və ölkəmizi təmsil etmək böyük fəxrdir. Bu şansı dəyərləndirməyə çalışacağam. Bütün azarkeşlərin ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, qarşıdakı oyunlara maksimum dərəcədə hazırlaşıb, azarkeşlərimizi qələbə ilə sevindirərik”, – A.Salyanski deyib.

Qeyd edək ki, A.Salyanski “Neftçi”nin əsas heyətinə bu ilin yanvar ayında qoşulub.

Anar Həsənov


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv