“Caliber”: Baydenin gedişi və Ermənistan üçün siçan tələsi






presstv

"Presstv"az #Ağ Ev, #Avropa, #Azərbaycan, #Caliber, #Donald Tramp, #Ermənistan, #Gəmi, #Hakim, #İran, #Jurnalistlər, #Kanada, #Müharibə, #Münaqişə, #Planet, #Qəzza, #Qrenlandiya, #Rusiya, #Suriya, #Ukrayna, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dörd illik fasilədən sonra Ağ Evə qayıdan Donald Trampın etdiyi çıxışlar dünyanın geosiyasi reallığında öz əksini tapmaqdadır.

presstvaz xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni video təhlildə qeyd olunur.

Müəllif bildirir ki, hələlik biz bəyanatlarda səslənən sözlərin Şərqi Avropada, yəni Rusiya-Ukrayna münasibətlərində reallığa çevrilməsini ehtiyatla müşahidə etməyə başlayırıq.

“Ancaq görünür, çox yaxında biz dünyanın başqa yerlərində də ciddi dəyişiklikləri görməyə başlayacağıq, mümkündür ki, bu, Qəzza olsun”, – deyə videosüjetdə qeyd olunur.

Müəllif Donald Trampın Ağ Evdə hakimiyyətə gəlməsi ilə Suriyada gedən prosesləri də müqayisə edib:

“Götürək, Suriyanı. Bu ölkənin tarixində yeni səhifə Donald Trampın seçkilərdə qələbəsi ilə Oval kabinetə qayıdışı arasındakı dövrdə açılsa da, ötən dekabr ayından bu günə qədər müharibənin tüğyan etdiyi bu ölkədə baş verənlər də planetimizin hazırda yaşadığı istiqamət dəyişikliyinin mühüm tərkib hissəsi sayıla bilər. Bundan sonra Panamada, Qrenlandiyada, Kanadada, İranda nə baş verəcək, Oval kabinetdə jurnalistlər qarşısında yeni qızğın müzakirələr olacaqmı, – bütün bunları zaman göstərəcək. Biz isə təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmamış qaldığı bölgəmizdən daha çox narahatıq”.

Ətraflı yeni videosüjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv