İngiltərədə iki yaşlı uşaq bir öpüşə görə gözünü itirdi






presstv

"Presstv"az #Ailə, #Haber Global, #Həkim, #İngiltərə, #Körpə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İngiltərədə yaşayan iki yaşlı Cuvan bir yaxını tərəfindən öpüldükdən sonra sol gözünü itirib.

presstvaz bu barədə “Haber Global”a istinadla xəbər verib.

Həkimlər hesab edirlər ki, ağzında aktiv herpes olan bir şəxs Cuvanı gözündən və ya gözünün ətrafından öpüb. Virus, uşağın gözündə yara yaranmasına və daha sonra buynuz qişasında 4 mm-lik bir dəlik açılmasına səbəb olub və infeksiyalara yol açıb.

Ana Mişel Saayman həkimdən ilk dəfə diaqnozu eşidəndə şoka düşdüyünü deyib:

“Mən yerimdə donmuşdum, həkimə baxırdım və düşünürdüm ki, görəsən, bu gün aprelin 1-dirmi? Çünki mənə elə gəlirdi ki, bu, 1 aprel zarafatıdır. Axı, herpes yarası adətən dodaqlarda və ya ağızda olur. Heç vaxt kimsənin buynuz qişasında herpes yarası əmələ gəlməsi haqqında eşitməmişəm. Öpüldüyü üçün olduğunu öyrənəndə həyat yoldaşım və mən, aktiv herpes olduğu halda körpəmin üzündən öpən şəxsə bərk qəzəbləndik”.

Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, göz tamamilə funksiyasını itirib. Hazırda gözü qorumaq üçün qapaqları tikilib.

Ailə Cuvanın görmə qabiliyyətini bərpa etmək üçün sinir köçürülməsi və daha sonra buynuz qişası transplantasiyası planlaşdırır. Lakin görmə qabiliyyətinin tamamilə bərpa olunub-olunmayacağı məlum deyil.

Cuvanın müalicə xərcləri üçün ianə toplayan ailə insanlara müraciət edib.

“Körpənizi heç kimin öpməsinə icazə verməyin. Kiçik bir virus, böyük travmalara yol aça bilər”, – deyə onlar valideynlərə səsləniblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv