Ukraynada atəşkəs danışıqları: Rusiya ABŞ-dən nələri tələb edib?






presstv

"Presstv"az #ABŞ, #Kiyev, #Müharibə, #Rusiya, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vaşinqtonun 30 günlük atəşkəs təklifindən sonra Rusiya ABŞ-yə Ukraynaya dair potensial razılaşma üçün tələblər siyahısını verib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

“Vəziyyətlə tanış olan iki mənbə bildirib ki, Rusiya Vaşinqtona Ukraynada müharibənin dayandırılması və ABŞ ilə münasibətlərin bərpa edilməsi üçün razılaşma tələblərinin siyahısını təqdim edib”, – deyə agentliyin məlumatında bildirilir.

“Reuters”in xəbərinə görə, konkret tələblər hələ açıqlanmayıb. Həmçinin Rusiyanın bu tələblər qəbul olunana qədər Kiyevlə sülh danışıqlarına başlamağa hazır olub-olmadığı da məlum deyil.

Agentliyin mənbələri bildiriblər ki, tələblər Ukraynanın NATO-ya üzvlüyündən imtina edilməsi, Rusiyaya birləşdirilmiş torpaqların onun parçası olaraq tanınması və Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməməsi də daxil olmaqla, Moskvanın əvvəlki şərtlərinə bənzəyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv