BMT-nin ali nümayəndəsi: “Beynəlxalq ictimaiyyət son 80 ildə inanılmaz dərəcədə parçalanıb”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #İlham Əliyev, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Beynəlxalq ictimaiyyət son 80 ildə inanılmaz dərəcədə parçalanıb”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin müavini və Sivilizasiyalar Alyansının (UNAOC) Ali nümayəndəsi Migel Anxel Moratinos XII Qlobal Bakı Forumunun açılış mərasimində danışıb.

M.A.Moratinos qeyd edib ki, forum nikbinlik və ümidə işarədir:

“Beynəlxalq ictimaiyyət son 80 ildə görülməmiş dərəcədə parçalanıb. Dünya düzəni görünməmiş böhranlarla üz-üzədir”.

BMT rəsmisi hazırda dünyanın bir sıra nöqtələrində aktiv münaqişələrin hökm sürdüyünü vurğulayıb:

“Bütün dünyada antisemitizmin, islamofobiyanın artması dəhşət doğurur. BMT-nin antisemitizmə qarşı tədbirlər planını təqdim etmişəm. Mən islamofobiyaya qarşı da iş aparıram və bununla bağlı tədbirlər planı irəli sürəcəyəm”.

O, Azərbaycan Prezidenti İlham Əliyevə onu qəbul etdiyinə görə minnətdarlığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv