Fernandu Santuş: “Sırf qələbə qazanmaq istəsəydik, Monqolustanı dəvət edərdik”






presstv

"Presstv"az #Azərbaycan, #Emin Mahmudov, #Futbol, #Futbol üzrə Azərbaycan millisi, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Milliyə dəvət olunan futbolçuların hər birinin fərdi keyfiyyətləri yüksəkdir”.

presstvaz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

“Rəqiblərimiz AFFA tərəfindən təyin olunublar. Haiti çox keyfiyyətli futbolçulara malik komandadır. Reytinq sırasında bizdən 30 pillə yuxarıda qərarlaşıblar. Əgər sırf qələbə qazanacağım komanda dəvət etməli olsaydıq, Monqolustanı dəvət edərdik. Başqa millilər rəsmi oyunlar keçirdikləri üçün və qrafikə uyğun gəlmədiyi üçün dəvətimizi qəbul edə bilmədilər”, – Santuş bildirib.

Baş məşqçi qeyd edib ki, Emin Mahmudov və Abbas Hüseynov zədəli olduqları üçün milliyə dəvət olunmayıblar:

“Bəzi futbolçular isə fiziki vəziyyətləri yaxşı olmadığı üçün dəvət olunmadılar. I Liqada çıxış edən klublardan milliyə cəmi bir futbolçunun çağırılmasının səbəbi keyfiyyətin aşağı olması ilə bağlı deyil. Bütün oyunları yaxından izləmişəm və bəzi futbolçularla bağlı artıq fikirlərim formalaşıb. Amma indiki zamanda milliyə dəvət olunmaları üçün çox tezdir”.

Anar Həsənov


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv