Maskın transgender övladı atasını ittiham etdi: “Cinsiyyətimi satın alıb”






presstv

"Presstv"az #Həkim, #İlon Mask, #Tesla, #Transgender

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Tesla” və “SpaceX”in sahibi, milyarder İlon Maskın transgender övladı Vivian Cenna Uilson atasını kəskin tənqid edib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə o, “Threads” sosial şəbəkəsində paylaşım edib.

Vivian atasını süni mayalanma yolu ilə cinsin əvvəlcədən müəyyənləşdirilməsində günahlandırıb və bunu “pul əməliyyatı” adlandırıb:

“Doğuşdan cinsiyyətim pulla alınan bir əmtəə idi. Buna görə də uşaqlıqda qadın kimi hiss edəndə və sonra transgender olanda satılan bir məhsula çevrilməyə qarşı çıxdım. Bütün həyatım boyu üsyan etməli olduğum kişilik gözləntisi pul əməliyyatı idi… Lənətə gəlsin, bu necə qanuni ola bilər?”

Qeyd edək ki, əvvəllər Ksavye kimi tanınan Vivian Cenna Uilson 2004-cü ildə İlon Maskın Castin Uilsonla ilk evliliyindən doğulub. Valideynlərinin boşanmasından və Maskın aktrisa Talula Rayli ilə yeni münasibətindən sonra Ksavye atası ilə əlaqəni kəsib. 2022-ci ildə Ksavyenin transgender keçidini tamamladığı, rəsmi olaraq adını və cinsiyyətini dəyişdiyi məlum olub. O, həmçinin bioloji atası ilə heç bir əlaqəsinin olmasını istəmədiyini bildirib.

2023-cü ilin aprelində milyarder yetkinlik yaşına çatmayanlara cinsiyyət dəyişdirməyə icazə verən və ya müvafiq əməliyyatlar aparan insanlar üçün ömürlük həbs cəzasını dəstəkləyib.

“Uşağı yetkin olana və müstəqil razılıq verə bilənə qədər sterilizə edən hər bir valideyn, yaxud həkim ömürlük həbsə atılmalıdır”, – deyə Mask sosial şəbəkədə yazıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv