İnsan beyninin hüceyrələri ilə işləyən kompüter yaradıldı

İnsan beyninin hüceyrələri ilə işləyən kompüter yaradıldı






presstv

"Presstv"az #Araşdırma, #Avstraliya, #ChatGPT, #Dollar, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliyanın Melburn şəhərində yerləşən “Cortical Labs” şirkəti laboratoriyada yetişdirilən insan beyninin neyronları ilə işləyən ilk bioloji kompüterini – CL1-i təqdim edib.

presstvaz-ın “ABC”yə istinadla verdiyi məlumata görə, bu barədə “Cortical Labs”in elmi rəhbəri Brett Kaqan açıqlama verib.

Onun sözlərinə görə, yüzminlərlə süni şəkildə yetişdirilən neyron qarşılıqlı əlaqə qurma və öyrənmə qabiliyyətinə malikdir. Kaqan “İnsan neyronlarına verilə biləcək tapşırıqları təsəvvür etmək belə çətindir, çünki çox fərqli variantlar mövcuddur. Bu, xəstəliklərin modelləşdirilməsi, dərmanların sınaqdan keçirilməsi və süni intellektin yaradılması kimi bir çox sahəni əhatə edə bilər” , – deyə əlavə edib.

Şirkət qeyd edir ki, “Cortical Labs” tərəfindən yaradılan bioloji kompüter mövcud süni intellekt sistemlərindən daha dinamik və davamlıdır.

“Lakin onun potensialını tam olaraq istifadəçilər tətbiq etməyə başladıqdan sonra görmək mümkün olacaq. Bu, elmi və tibbi araşdırmalar sahəsində oyunun qaydalarını dəyişdirəcək” , – deyə şirkət vurğulayıb.

Tərtibatçılar bildiriblər ki, CL1 neyron şəbəkələri silisium çipində formalaşır və əslində daim inkişaf edən bir orqanizm kimi fəaliyyət göstərir. Kaqan “Bu qədər sürətlə və çevik şəkildə öyrənə bilən bir sistem yoxdur. Məsələn, “ChatGPT” kimi süni intellekt sistemlərinin çiplərindən tamamilə üstün olduğunu iddia edə bilərik” , – deyə açıqlayıb.

Bioloji kompüter nəzarət olunan temperatur, qazların dövriyyəsi və qarışdırılması üçün nasoslar, materialın saxlanması üçün xüsusi yer və dalğaların filtrasiya edilməsi üçün sadə, lakin sabit avadanlıqla təchiz olunub.

Hazırda “Cortical Labs” bioloji neyron şəbəkələrindən ibarət ilk serveri hazırlayır. Bu server 30 ayrı CL1 modulundan ibarət olacaq. Şirkət serverin yaxın aylarda istifadəyə verilməsini və daha sonra yeni hissələrlə tamamlamağı planlaşdırır. CL1 şəxsi biokompüterlərinin 2025-ci ilin ikinci yarısında satışa çıxarılması gözlənilir. İlk mərhələdə bir blokun qiyməti 35 min dollar olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv