Azərbaycanda ən çox kredit alan tələbələr bu universitetdəndir – VİDEO

Azərbaycanda ən çox kredit alan tələbələr bu universitetdəndir – VİDEO






presstv

"Presstv"az #Ailə, #Magistratura, #Peşə təhsili, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ildə təhsil tələbə kreditlərindən faydalanan tələbələrin sayı 60 minə çatdırılacaq.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, təhsil eksperti Elşən Qafarov deyir ki, ildən ilə təhsil tələbə krediti fonduna müraciət edənlərin sayında artım müşahidə olunur. Ötən il ərzində ən çox təhsil krediti alan universitetlər arasında Dövlət İqtisad Universiteti birinci yerdədir. Ekspert növbəti sıralarda dayanan universitetlərin adını və say fərqinin səbəblərini də Xəzər Xəbərə açıqlayıb.

Bu artım, xüsusilə aztəminatlı ailələrin üzvləri və təhsil haqqını ödəməkdə çətinlik çəkən digər tələbələr üçün daha əlverişli imkanlar yaradılmasına yönəlib. Hazırda isə 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət prosesi başlayıb. Müraciətlərin qəbulu semestr sonuna kimi davam edəcək.

Təhsil tələbə kreditləri ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv