“ChatGPT” yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır

“ChatGPT” yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır






presstv

"Presstv"az #Apple, #Avto, #OpenAI, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“OpenAI” şirkətinin rəhbəri Sem Altman və “Apple”ın keçmiş dizayneri Coni Ayv ənənəvi smartfonların layiqli əvəzedicisi ola biləcək innovativ süni intellekt cihazının yaradılması üçün güclərini birləşdiriblər.

presstvaz-ın “Android Authority” portalına istinadla verdiyi məlumata görə, bu barədə Altmanın özü anons edib.

Onun sözlərinə görə, süni intellektin inkişafı kompüterlərlə qarşılıqlı əlaqə yanaşmalarında fundamental dəyişikliklər tələb edir. O əmindir ki, gələcəkdə səs istifadəçi interfeysinin əsas elementi olacaq. Məhz buna görə hazırlanan cihaz əsasən səs əmrləri ilə idarə olunacaq.

Qeyd etmək lazımdır ki, süni intellekt cihazlarının yaradılması cəhdləri daha əvvəl də edilib. “Humane AI Pin” və “Rabbit R1” kimi qadcetlər ictimaiyyətə təqdim edilsə də, populyarlıq qazana bilməyib və bazarda uğursuzluğa düçar olublar.

Lakin ekspertlərin fikrincə, “OpenAI”dan olan yeni cihaz tamamilə unikal konfiqurasiya təklif edə bilər ki, bu da onu bütün mövcud analoqlardan fərqləndirəcək.

Sem Altman həmçinin vurğulayıb ki, şirkət gələcək qadcetin məhsuldarlığını və muxtariyyətini optimallaşdırmaq üçün öz mikroçiplərini hazırlayır. Bu, süni intellektin yüksək səmərəliliyinə nail olmağa və cihazın uzun müddətli avtonom işləməsini təmin etməyə imkan verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv