Çoxlu sayda məhsulda GMO aşkarlandı: AQTA nəzarət tədbirlərini gücləndirdi

Çoxlu sayda məhsulda GMO aşkarlandı: AQTA nəzarət tədbirlərini gücləndirdi






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), #GMO məhsulları, #İran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlakçı hüquqlarının qorunması və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Ölkəyə idxal edilən qida məhsulları yoxlama nəzarət tədbirlərinə cəlb edilərək risk qiymətləndirilməsi əsasında müvafiq müayinələr həyata keçirilir.

presstvaz   xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, aparılan son nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubov tərəfindən İrandan idxal edilən “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinin istehsalı olan (07.11.2024-cü il istehsal tarixli, 06.11.2025-ci il son istifadə tarixli, 312 partiya nömrəli) ümumi çəkisi 7 312.32 kq “Nadi Sapaka” əmtəə nişanlı kreker, “Ramamehr Arya Co” şirkətinin istehsalı olan (12.10.2024-cü il istehsal tarixli, 17.07.2025-ci il son istifadə tarixli, “A” partiya nömrəli) ümumi çəkisi 886.76 kq “Lucy Snack” əmtəə nişanlı qarğıdalı çubuqları, “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinin istehsalı olan (26.09.2024-cü il istehsal tarixli, 25.09.2025-ci il son istifadə tarixli, 270 partiya nömrəli) ümumi çəkisi 824.64 kq “Nadi” əmtəə nişanlı kreker, “Amadeh Laziz” şirkətinin istehsalı olan (06.07.2024-cü il istehsal tarixli, 05.07.2025-ci il son istifadə tarixli, 0142 partiya nömrəli) ümumi çəkisi 10 400 kq “Elit” əmtəə nişanlı hazır şorba (makaron şorbası) məhsulu partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb.

Bundan əlavə, İrandan fiziki şəxs Fərhad Dünyamalıyev tərəfindən idxal edilən “Tak Parsan Qida Sənaye” şirkətinin istehsalı olan (23.11.2024-cü il istehsal tarixli, 23.11.2025-ci il son istifadə tarixli, İAGL 0903 partiya nömrəli) ümumi çəkisi 5 126,40 kq “Croissant Mr Cake” əmtəə nişanlı unlu qənnadı məhsulu (kruassan) partiyasından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticələrinə əsasən, həmin məhsullarda da GMO aşkarlanıb.

Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb. Bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri gücləndirilib.

Qeyd edək ki, AQTA ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağan olunan GMO-lu məhsullarla bağlı yoxlama-nəzarət tədbirlərini daha da genişləndirib. Bu sahədə hazırda davam etdirilən yoxlama-nəzarət tədbirlərinin nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcək.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv