Oksford lüğəti 2024-cü ilin sözünü açıqlayıb






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oksford İngilis Dili Lüğəti “beyin çürüməsi” (“brain rot”) ifadəsini 2024-cü ilin sözü elan edib.

presstvaz-ın məlumatına görə, bu barədə Oksford Universiteti Nəşriyyatının (“Oxford University Press”) Mətbuat Xidməti məlumat yayıb.

Lüğət “beyin çürüməsi”ni belə izah edib: “Əsasən trivial və ya primitiv hesab edilən materialın (xüsusilə onlayn kontent) həddindən artıq istehlakının nəticəsi kimi qəbul edilən zehni və ya intellektual vəziyyətin güman edilən pisləşməsi”. Qeyd olunub ki, son bir ildə bu söz lüğətdə əvvəlkindən 230% daha çox axtarılıb.

Bildirilib ki, “beyin çürüməsi” sözünün ilk istifadəsi 1854-cü ildə amerikalı yazıçı Henri David Toro (1817-1862) tərəfindən “Volden, yaxud meşədə həyat” (“Walden; or, Life in the Woods”) kitabında qeydə alınıb. Son aylarda bu söz sosial şəbəkələrdə sürətlə populyarlaşıb və bloqerlərin və jurnalistlərin daimi leksikonuna daxil olub.

İlin sözü “Oxford University Press”in ekspertləri tərəfindən nəşriyyatın saytında onlayn səsvermənin nəticələri nəzərə alınmaqla seçilib. Ümumilikdə altı söz seçimə təqdim edilib. “Beyin çürüməsi”ndən başqa, “təmkinli” sözünün sinonimi olan “demyur” (demure) sifəti, süni intellekt tərəfindən yaradılan aşağı keyfiyyətli onlayn kontenti bildirən “slop” ismi və müzakirə mövzusunu anlamaq üçün lazım olan kimsə və ya nəsə haqqında faktlar və biliklərin məcmusunu ifadə edən “lor” (lore) ismi də var. Bundan əlavə, qısa siyahıya “romantezi” (“romantasy” – romantik fentezi) və “dinamikpraysinq” (“dynamic pricing”) isimləri də daxil edilib.

2023-cü ildə Oksford lüğətinə görə ilin sözü “üslub, cazibə və ya cəlbedicilik” mənasını verən “rizz” ismi olub. Kembric İngilis Dili Lüğəti isə daha əvvəl “manifestləşdirmək” (manifest) feilini 2024-cü ilin sözü elan edib. Bu söz “vizualizasiya və təsdiqləmə kimi metodlardan istifadə edərək arzulanan bir şeyə nail olduğunuzu təsəvvür etməyə kömək etmək və bu cür hərəkətlərin həmin nailiyyətlərin ehtimalını artıracağına inanmaq” mənasını verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv