Tovuzda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
presstvaz “Report”-a istinadən xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisindəki mobil telefon mağazaların birindən ümumi dəyəri 6300 manat olan 4 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən rayon sakini A. Məmmədli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.
“Presstv”az Azərbaycan xəbər portalı.