AZAL-dan “Cyber Monday” kampaniyası ilə endirimlərə davam – PRESSTV

AZAL-dan “Cyber Monday” kampaniyası ilə endirimlərə davam







presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərini xüsusi təkliflərlə sevindirməyə davam edir. Aviaşirkət biletlərə endirim təklif edən “Cyber Monday” kampaniyasına start verir.

presstvaz   xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

2 dekabr tarixində sərnişinlər AZAL-ın bütün daimi beynəlxalq istiqamətləri üzrə aviabiletləri 30% endirimlə əldə edə bilərlər. Kampaniyadan yararlanmaq üçün aviaşirkətin saytında və ya mobil tətbiqində bilet alışı zamanı “CM2024” promokodunu xüsusi xanaya daxil etmək yetərlidir.

Təklif 2025-ci il yanvar ayının 11-dən aprelin 30-na kimi həyata keçirilən reyslərə şamildir.

Qeyd edək ki, kampaniya müntəzəm beynəlxalq uçuşların bütün sinifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq olunmur. Təklif yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.

“Cyber Monday” kampaniyası çərçivəsində endirimli aviabiletləri AZAL-ın rəsmi www.azal.az saytından və ya aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app

AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv