Salah Avropanın ən çox maaş alan futbolçusu ola bilər – PRESSTV

Salah Avropanın ən çox maaş alan futbolçusu ola bilər







presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Paris Sen-Jermen” rəhbərliyi bu yay “Real”a yollanan Kilian Mbappenin yerinə komandaya yeni lider axtarır.

presstvaz  xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Paris klubuna yaxın mənbələrin məlumatına görə, PSJ-nin prezidenti Naser Əl-Xəlaifi “Liverpul”un lideri Məhəmməd Salahın transferini təmin etməyə çalışır

“PSJ” cari müqaviləsi 2025-ci il iyunun 30-na kimi davam edən misirliyə ildə təxminən 40 milyon avro ödəməyə hazırdır. Müxtəlif bonusların əlavə oluna biləcəyi bu məbləğ sayəsində Salahın Avropanın ən yüksək maaş alan futbolçusu olacağı gözlənilir.

Bildirilir ki, PSJ yanvarda Salahın transferi ilə bağlı “Liverpul” ilə danışıqlara hazırlaşır.

Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqada 12 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv