Ər-Riyadda metro işə düşüb – PRESSTV

Ər-Riyadda metro işə düşüb







presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad metrosu bazar günü ilk sərnişinlərini qəbul edib.

presstvaz   xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Metronun istifadəyə verilməsinin birinci mərhələsində altı xətdən üçü açılıb – şəhərin şimalından cənubuna uzanan və 24 stansiyanı birləşdirən Mavi (38 km); Mərkəzdən Kral Xalid Beynəlxalq Hava Limanına qədər uzanan Sarı (29 km), şimal və şimal-şərqdəki Bənövşəyi (30 km) xətt.

Layihə vəliəhd şahzadə Məhəmməd bin Salmanın dəstəyi ilə “Vision 2030” strategiyasının məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Açılışın ikinci mərhələsində, dekabrın 15-də paytaxtın qərbindən şərqinə doğru uzanan Qırmızı xətt (uzunluğu 25 km, 14 stansiya) və şəhərin mərkəzindən keçən Yaşıl xətt (13 km) istifadəyə veriləcək.

2025-ci il yanvarın 5-nə planlaşdırılan üçüncü mərhələdə altıncı Narıncı xəttin (41 km, 21 stansiya) işə salınması nəzərdə tutulur.

“Al Arabiya”nın məlumatına görə, metro xətlərinin ümumi uzunluğu 176 km olacaq. Paytaxt metrosu Məkkə metropolitenindən sonra ölkədə ikinci olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv