Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə yaralanıb.
presstvaz bildirir ki,”Report”un məlumatına görə, hadisə Salyan və Biləsuvar rayonlarının sərhədində qeydə alınıb.
İlkin məlumata görə, sözügedən ərazidə Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Novruz Yarməmməd oğlu Manafov və 1998-ci il təvəllüdlü Aqşin Gülağa oğlu Gülməmmədov elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıblar.
Hadisə nəticəsində hər iki sakin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.