Xalq artisti fəxri adından məhrum edilə bilər? – PRESSTV

Xalq artisti fəxri adından məhrum edilə bilər?





presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xalq artisti Ağadadaş Ağayevin mühafizəçi ilə mübahisəsindən sonra başladılan məhkəmə prosesi onunla bağlı bəzi məsələləri gündəmə gətirib. Hazırda məhkəmə prosesi davam edir. Lakin sosial şəbəkələrdə aparılan müzakirələrdə diqqətçəkən məqam, proses fonunda müğənninin “xalq artisti” titulunun ondan alınması təklifidir. Belə bir şey mümkündürmü? Ümumiyyətlə sənət adamlarından hansı halda “xalq artisti” titulu alına bilər?

presstvaz globalinfo.az-a istinadən xəbər verir ki, cinayət törədən şəxslərin titulu əlindən alına bilər. Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 15-ci bəndinə əsasən fəxri ada layiq görülmüş şəxslərdən bu titullar aşağıdakı hallarda alına bilər:

1. Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda – həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən;

2. Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə – fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məhrum edilir”.

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz xəbər portalı.


By presstv