İran, Azərbaycan və Rusiya bu ölkələrə kömək edəcək – PRESSTV

İran, Azərbaycan və Rusiya bu ölkələrə kömək edəcək





presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran Azərbaycan və Rusiya arasında üçtərəfli elektrik şəbəkəsi ölkənin şimalı ilə qonşu ölkələr arasında elektrik mübadiləsinin yaranmasına kömək edəcək.

presstvaz Trend-ə istinadən xəbər verir ki, bunu İranın Enerji İstehsalı və Distributorluğu Şirkətinin (TAVANIR) icra direktoru Mustafa Rəcəbi Məşhədi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran Azərbaycan və Rusiyanın energetika nazirləri arasında üçtərəfli görüşün keçirilməsi üzrə lazımi koordinasiyalar aparılıb. Bu iclasın elektrik enerjisi əlaqələrinin inkişafı ilə nəticələnəcəyi gözlənilir.

Rəcəbi Məşhədi deyib ki, hal-hazırda İran Rusiya və Azərbaycan arasında razılaşma əsasında 300 meqavat elektrik mübadiləsi etmək mümkündür. Bu həcmi 1 min meqavata yüksəltmək olar və bununla əlaqədar elektrik enerjisi nəqli xətləri inkişaf etdirilir.

Qeyd edək ki, İran Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” Şirkəti həyata keçirib.

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz xəbər portalı.


By presstv