Banklara ən çox əmanət yerləşdirən regionlar açıqlandı – PRESSTV

Banklara ən çox əmanət yerləşdirən regionlar açıqlandı





presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin noyabrın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14 milyard 265 milyon 991 min manat təşkil edib.

presstvaz Mərkəzi Banka istinadən xəbər verir ki, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 12 milyard 645 milyon 875 min manatı Bakı iqtisadi rayonuna məxsusdur.

Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 451 milyon 871 min manat pulu var.

Gəncə-Daşkəsən iqtisadi rayonunda yaşayan əhalinin banklarda 224 milyon 93 min, Quba-Xaçmaz iqtisadi rayonunda yaşayanlar isə 138 milyon 604 min manat bank əmanətinə sahibdir.

Digər regionlar üzrə göstəricini təqdim edirik:

Regionlar üzrə cəlb olunmuş əmanətlər
Regionların adı Cəmi (min manat) Orta % dərəcəsi
Bakı iqtisadi rayonu 12,645,875 4.15%
Abşeron-Xızı iqtisadi rayonu 451,871 6.27%
Gəncə-Daşkəsən iqtisadi rayonu 224,093 5.99%
Quba-Xaçmaz iqtisadi rayonu 138,604 5.24%
Lənkəran-Astara iqtisadi rayonu 127,209 5.10%
Şəki-Zaqatala iqtisadi rayonu 125,003 4.29%
Mərkəzi Aran iqtisadi rayonu 118,121 5.16%
Qazax-Tovuz iqtisadi rayonu 113,145 5.56%
Qarabağ iqtisadi rayonu 92,175 4.29%
Şirvan-Salyan iqtisadi rayonu 67,968 4.16%
Naxçıvan iqtisadi rayonu 67,631 3.65%
Mil-Muğan iqtisadi rayonu 50,691 3.18%
Dağlıq Şirvan iqtisadi rayonu 43,605 4.79%
Şərqi Zəngəzur iqtisadi rayonu
Azərbaycan Respublikası 14,265,991 4.28%

 

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz xəbər portalı.


By presstv