Həcc ziyarəti ilə bağlı VACİB AÇIQLAMA – PRESSTV

Həcc ziyarəti ilə bağlı VACİB AÇIQLAMA





presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xüsusi pasport sahibləri belə Həcc ziyarəti üçün viza almalıdırlar.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

O qeyd edib ki, sazişlə nəzərdə tutulan viza məsələsi işçi səviyyəsində olan səfərlər üçün nəzərdə tutulub.

“Mənə çox sayda suallar gəlirdi ki, Səudiyyə Ərəbistanı iki müqəddəs məkanın olduğu ölkədir və qeyd edilən saziş əsasında həmin pasport sahiblərinin aldıqları viza ilə ziyarətə getmələri mümkün olacaqmı? Sazişdə birbaşa istinad olunub ki, ziyarət üçün ayrı viza lazımdır. Bununla bağlı müzakirələr gedib və hesab edirəm ki, düzgün qərar qəbul olunub.

Diplomatik, xüsusi və xidməti pasportla ölkələr arasında əlaqələrin genişləndirilməsi, müzakirələrin aparılması üçün işçi səfərləri həyata keçirilir. Başqa səfərlər isə ümumvətəndaş pasportu və xüsusi viza tələbi olan məsələdir”, – komitə sədri əlavə edib.

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz xəbər portalı.


By presstv