Gürcüstanda aksiya iştirakçılarına xəbərdarlıq edildi – PRESSTV

Gürcüstanda aksiya iştirakçılarına xəbərdarlıq edildi





presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidəki etiraz aksiyası keçirən insanlara müraciət edərək onları qanun çərçivəsindən kənara çıxmamağa dəvət edib.

presstvaz   xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzen axşam saatlarında keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə müxtəlif strateji əhəmiyyətli obyektləri bloklamağa çağırışlar, o cümlədən televiziya kanallarını, dəmir yolu stansiyalarını, mərkəzi magistralları və digər əsas obyektləri piket etməklə bağlı fikirlər səsləndirilir.

“Mitinqin təşkilatçılarına və iştirakçılarına xatırlatmaq istərdik ki, Gürcüstan qanunvericiliyi aksiya və nümayişin keçirilməsinin hüquqi çərçivələrini və miqyasını ətraflı şəkildə müəyyən edir, bu da aksiyaların sülhə bərabər xarakterini, ictimai təhlükəsizliyi, müxtəlif təsisatların düzgün fəaliyyətini və nəqliyyatın normal işini təmin etməyə yönəlib”, – deyə Daraxvelidze vurğulayıb.

Nazir müavini bildirib ki, belə cinayətlər 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnir.

Qeyd edək ki, Gürcüstanın qərb yönümlü müxalifət qüvvələri noyabrın 28-dən yenidən etiraz aksiyalarına başlayıb. Bu gün də aksiya iştirakçıları parlamentin binası qarşısına toplaşıblar və mərkəzi Rustaveli prospekti bağlanıb.

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz xəbər portalı.


By presstv