Türkiyədə dilənçilərə qarşı əməliyyat: Gündəlik qazancları heyrətə gətirdi

Türkiyədə dilənçilərə qarşı əməliyyat: Gündəlik qazancları heyrətə gətirdi






ceferli1

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Elazığ vilayətində polis qrupları tərəfindən dilənçilərə qarşı əməliyyat keçirilib. Bir dilənçinin gündə 10 min 780 Türkiyə lirəsi (555 manatdan çox) toplaması isə görənləri heyrətə gətirib.

Bu barədə presstvaz  İHA-ya istinadən bildirir.

Aparılan araşdırmalar çərçivəsində xüsusilə məscidlərin qarşısı və insanların tez-tez istifadə etdiyi ərazilərə üstünlük verən dilənçilər saxlanılaraq polis məntəqəsinə gətiriliblər. Axtarışlar zamanı təkcə bir dilənçinin üzərindən 10 min 780 lirə tapılıb və müsadirə olunub, özünə qarşı isə qanun pozuntusu ilə bağlı tədbir görülüb. Dilənçinin bu məbləği bir gündə yığdığı məlum olub.

“Vətəndaşlarımıza bunları demək istəyirik. İnsanlarımızın dini hisslərini istismar etməklə onların gündəlik qazandıqlarını görürsünüz. Vətəndaşlarımızdan xahiş edirik ki, belə insanlara kömək etməsinlər. Ehtiyacı olanlara kömək etsinlər. Dilənçiləri saxlayanda vətəndaşlarımız müdaxilə edib qarışmamağımızı deyirlər, amma işi olmayanın gündəlik qazancı 10 min 780 lirədir. Minimum əməkhaqqı ilə işləyən vətəndaşın bir ayda qazandığı qədər pulu bunlar bir gündə qazanırlae”, – deyə Elazığ Bələdiyyəsi polis rəisi Kadir Temur qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.