Portuqaliyanın daxili işlər naziri ölkədə pis hava şəraiti səbəbindən istefa verdi

Portuqaliyanın daxili işlər naziri ölkədə pis hava şəraiti səbəbindən istefa verdi






presstv

"Presstv"az #Audi, #Avropa, #Hadisə, #Təbii fəlakət, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Portuqaliyanın daxili işlər naziri Mariya Lusiya Amaral vəzifəsindən istefa verib. Onun səlahiyyətləri müvəqqəti olaraq sağçı Baş nazir Luiş Monteneqroya həvalə ediləcək.

presstvaz-ın AFP nəşrinə istinadən xəbərinə görə, bu barədə Portuqaliya Prezidenti Marselo Rebelo de Souza rəsmi bəyanat yayıb. Həmin bəyanat dövlət başçısının rəsmi internet səhifəsində dərc olunub.

Prezident Marselo Rebelo de Souza nazirin istefa ərizəsini təsdiqləyib.

“Amaral hesab edirdi ki, o, vəzifələrini yerinə yetirmək üçün zəruri şəxsi və siyasi şərtlərə malik deyil”, – deyə bəyanatda qeyd edilib.

M.Amaral Portuqaliyanı bürüyən qasırğanın ardından ölkədə yaranmış böhranlı vəziyyətlə əlaqədar ciddi tənqidlərə məruz qalıb. Portuqaliya qanunvericiliyinə əsasən, təbii fəlakətlərin lokalizasiyası və qarşısının alınması Daxili İşlər Nazirliyinin məsuliyyət sahəsinə daxildir.

“Daxili işlər nazirinin istefası hökumətin bu fövqəladə vəziyyətə cavab tapa bilmədiyinin sübutudur”, – deyə ölkənin Sosialist Partiyasının baş katibi Joze Luis Karneyro KİV-ə açıqlamasında Portuqaliya prezidentinin kadr qərarını dəyərləndırib.

Qeyd edək ki, “Kristin” qasırğası keçən həftə Portuqaliyada beş nəfərin həlak olmasına gətirib çıxarıb və ölkənin infrastrukturuna əhəmiyyətli zərər vurub. Pireney yarımadası Avropada iqlim dəyişikliyinə qarşı mübarizənin ön sıralarında yer alır və getdikcə daha uzunmüddətli istilik dalğaları, həmçinin güclü yağışlarla üzləşir ki, bu hadisələr daha intensiv şəkildə baş verməyə başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv