“Ford” milyonlarla dollarlıq itki ilə üzləşəcək

“Ford” milyonlarla dollarlıq itki ilə üzləşəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtomobillər, #Dollar, #Donald Tramp, #Prezident Administrasiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ford Motor Co.” şirkəti Tramp Administrasiyasının rüsum siyasətindəki dəyişikliklər səbəbindən təxminən 900 milyon dollar əlavə itki ilə üzləşəcək.

presstvaz-ın xəbərinə görə, bu barədə “Bloomberg” nəşri şirkətin maliyyə direktoru Şerri Hausun açıqlamasına istinadən məlumat verib.

“Ford”un 2025-ci il dekabrın 23-də aldığı yeni direktivə əsasən, şirkət idxal edilən avtomobil hissələrinə güzəştli rüsum şərtlərini əvvəlcədən planlaşdırıldığı kimi may ayından deyil, yalnız noyabr ayından etibarən tətbiq edə bilər. Bu qərar ona gətirib çıxardı ki, avtomobil nəhənginin 2025-ci ildə ümumi gömrük xərcləri iki milyard dollara çatdı və bu da ilkin gözləntilərin ikiqatını təşkil edir. Rüsumlar üzrə oxşar xərc səviyyəsi bu il də gözlənilir.

Artan fiskal təzyiqə baxmayaraq, “Ford” gözləyir ki, yüksəkmarjalı pikaplara və yolsuzluq avtomobillərinə tələbatın artması şirkətin artıq 2026-cı ilin əvvəlində 10 milyard dollara qədər məbləğdə əməliyyat mənfəəti əldə etməsinə imkan verəcək.

Xatırladaq ki, 2025-ci ilin mart ayında ölkə Prezidenti Donald Tramp idxal edilən avtomobillərə və ehtiyat hissələrinə 25% rüsum tətbiq edib. Buraya ABŞ-də istehsal olunmayan bütün maşınlar daxil idi. Prezident Administrasiyası bildirib ki, rüsumlardan gözlənilən mənfəət ildə təxminən 100 milyard dollar təşkil etməlidir. Bu qərar fonunda “General Motors Co.” və “Ford Motor Co.” şirkətlərinin səhmləri 5%-dən çox ucuzlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv