“ZEEKR” brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və “9X” modelinin təqdimatı keçirilib

“ZEEKR” brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və “9X” modelinin təqdimatı keçirilib






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Babək prospekti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Babək prospekti 37 ünvanında “ZEEKR” brendinin Azərbaycandakı satış mərkəzinin yeni binasının rəsmi açılış mərasimi baş tutub. Tədbir çərçivəsində brendin yeni flaqman modeli – “ZEEKR 9X” ilk dəfə geniş ictimaiyyətə təqdim olunub.

Açılış mərasimində simvolik qızıl lent “Efendiler Group”un icraçı direktoru Amal Əlili və “ZEEKR” brendinin regional direktoru Kai Li tərəfindən kəsilib. Tədbirdə avtomobil sənayesinin nümayəndələri, media təmsilçiləri və dəvətli qonaqlar iştirak ediblər.

Tədbir boyu qonaqlar üçün canlı orkestr ifası təqdim olunub. Klassik musiqi müşayiəti mərasimə xüsusi ab-hava qataraq “ZEEKR” brendinin premium mövqeyini və təqdim olunan modellərin eksklüziv xarakterini ön plana çıxarıb.

Tədbirdə çıxış edən “Efendiler Group”un icraçı direktoru Amal Əlili bildirib ki, “ZEEKR Azerbaijan”ın yeni satış mərkəzinin açılışı və flaqman 9X modelinin təqdimatı qrup üçün mühüm mərhələdir. O qeyd edib ki, Babək prospektində fəaliyyətə başlayan yeni “ZEEKR” satış və servis mərkəzi müasir satış salonu, güclü satış sonrası xidmət infrastrukturu və geniş servis imkanları ilə müştərilərə premium səviyyəli təcrübə təqdim edəcək.

“ZEEKR” brendinin Mərkəzi Asiya üzrə regional direktoru Kai Li çıxışı zamanı Azərbaycanın sürətlə inkişaf edən avtomobil bazarına və ölkənin innovativ texnologiyalara açıq mövqeyinə diqqət çəkib. O bildirib ki, Azərbaycan “ZEEKR” üçün strateji əhəmiyyət daşıyan bazarlardan biridir və brend burada uzunmüddətli və davamlı inkişaf planları qurur.

Mərasimin əsas hissəsində isə “ZEEKR”in yeni flaqman modeli – “ZEEKR 9X” təqdim edilib. Tam ölçülü premium SUV seqmentinə aid olan bu model yüksək performans, qabaqcıl təhlükəsizlik sistemləri və üstün komfort səviyyəsini bir araya gətirir. Futuristik dizayn dili, geniş və rahat salon konsepti, premium materiallardan istifadə, rəqəmsal idarəetmə və inkişaf etmiş multimedia imkanları “ZEEKR 9X”i öz sinfində fərqləndirən əsas xüsusiyyətlər sırasındadır.

“ZEEKR 9X”ın təqdimatı ilə “ZEEKR” brendi Azərbaycanda premium avtomobil seqmentində mövqeyini daha da gücləndirdiyini nümayiş etdirib. Yeni satış və servis mərkəzi isə müştərilərə beynəlxalq standartlara uyğun xidmət və real premium təcrübə təqdim etməyi hədəfləyir. Daha ətraflı məlumat üçün Babək prospekti 37 ünvanına müraciət etmək və ya *2299 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv