Nadir təbiət hadisəsi: Fevralın sonunda planetlərin böyük paradı gözlənilir

Nadir təbiət hadisəsi: Fevralın sonunda planetlərin böyük paradı gözlənilir






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Dövlət Universitetini, #Günəş, #Hadisə, #Planet, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 28-i axşam saatlarında səmada maraqlı astronomik hadisə – planetlərin böyük paradı izləniləcək.

presstvaz-ın məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Qeyd olunan tarixdə Günəş batdıqdan sonra səmanın müəyyən sektorunda altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni anda görünəcək.

Bu proses zamanı planetlərdən dördünü adi gözlə, ikisini isə yalnız optik cihazlarla görmək mümkün olacaq. Bu cür hadisələrə nadir hallarda rast gəlinir və axşam vaxtı müşahidə üçün əlverişli şəraitin olması onu daha maraqlı edir.

Səmanın ən parlaq cisimlərindən sayılan Venera, həmçinin Yupiter və Saturn rahatlıqla seçiləcək. Merkuri üfüq xəttinə yaxın yerləşdiyi üçün onu izləmək məqsədilə dənizkənarı və ya şəhərdənkənar, üfüqü açıq ərazilərə üz tutmaq məsləhətdir. Uran və Neptunu isə ancaq teleskop və ya binokl vasitəsilə görmək olar. Bakıda ən uğurlu müşahidə zamanı saat 19:10-dan 20:30-dək olan müddəti əhatə edəcək.

Astronomiya elmində planetlərin paradı iştirak edən göy cisimlərinin sayına əsasən qruplaşdırılır. Belə ki, üç-dörd planet kiçik, beş planet orta, altı və daha çox planet isə böyük parad hesab olunur.

Fevralın 28-də altı planetin eyni anda səhnəyə çıxması bu hadisəni planetlərin böyük paradı sinfinə aid edir. Bu tip hadisələr orta hesabla 10-20 ildə bir dəfə reallaşır, xüsusilə axşam saatlarında belə əlverişli görüntü imkanı isə daha nadir baş verir.

Qeyd etmək lazımdır ki, planetlər yalnız səma proyeksiyasında bir xətt üzrə düzülmüş kimi görünür, reallıqda isə bir-birinə yaxınlaşmır. Planetlərin paradı Yer kürəsinə heç bir cazibə, seysmik, iqlim və ya maqnit təsiri göstərmir. İnsan səhhəti və təbiət üçün də tam zərərsizdir. Bu, sadəcə, vizual xarakter daşıyan təhlükəsiz astronomik təbiət hadisəsidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv